Bakı, 23 dekabr 2016-cı il - İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində "Sahibkarlıq subyektlərinin ixrac potensialının artırılması yolları" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ölkənin müxtəlif regionlarını təmsil edən və ixracla məşğul olan şirkətlərin təmsilçiləri, həmçinin QHT üzvləri və ekspertlər iştirak edib.
Tədbiri giriş sözü ilə Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov açdı və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov tədbir iştirakçılarını salamladı.
İqtisadçı-ekspert Qubad İbadoğlu "Sahibkarlıq subyektlərinin ixrac potensialının artırılması yolları" mövzusunda məruzə edib.
Təqdimat: Qubad İbadoğlu: Sahibkarlıq subyektlərinin ixrac potensialının artırılması yolları