“Açıq Hökumət Tərəfdaşlığında Azərbaycanın iştirakı”, “AHT Platformasının 2017 – 2020 illər üçün Strateji Fəaliyyət Planı”və “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tə

 

28 iyul 2017-ci il. Bakı şəhəri. Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu Proqram çərçivəsində “AHT Platforması fəaliyyədə” layihəsi üzrə 28.07.2017-ci il tarixində Bakıda, Holiday İnn otelində qeyd edilən layihənin icrası vəziyyətinin və AHT Platformasının 2017-2020 – cillər üçün strateji planının müzakirəsi keçirilmişdir.

Tədbirdə müxtəlif dövlət qurumlarının 15 nümayəndəsi, xarici ölkə səfirliklərinin 7 nümayəndəsi, Platforma üzvü olan və olmayan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir. İştirakçıların cəmi sayı 59 nəfər olmuşdu. AHT Platformasının koordinatoru Əliməmməd Nuriyevin açılış nitqindən sonra “Açıq Hökumət Tərəfdaşlığında Azərbaycanın iştirakı” mövzusunda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi, AHT Azərbaycan üzrə Milli Koordinatoru Kamal Cəfərov məruzə etdi və iştirakçıların suallarını cavablandırdı. Bundan sonra “AHT Platforması fəaliyyədə” layihəsi üzrə görülmüş işlər barədə layihənin koordinatoru Sabit Bağırov məlumatla çıxış etdi.

Dəyirmi masanın ikinci hissəsində Şəffaflıq-Azərbaycan təşkilatının rəhbəri Dr.Rəna Səfərəliyeva “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tövsiyələr” mövzusunda təqdimatla çıxış etmişdir. Tədqiqatın məqsədi dövlət qurumlarının xidmət mərkəzlərində ASAN xidmətin fəaliyyət prinsiplərinin tətbiqi ilə bağlı real vəziyyəti öyrənmək və xidmət mərkəzlərinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tövsiyələr verməkdir. Monitorinq çərçivəsində 9 dövlət qurumuna məxsus 9 xidmət mərkəzinin fəaliyyəti qiymətləndirilmişdir. Qiymətləndirmə “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartları - şəffaflıq, rahatlıq, operativlik, nəzakətlilik, məsuliyyət və vətəndaş məmnuniyyəti meyarları əsasında aparılmışdır. Monitorinqin nəticələri göstərmişdir ki, xidmət mərkəzlərinin ən yaxşı nəticə göstərdiyi meyarlar nəzakətlilik, məsuliyyət və operativlik meyarları üzrə olmuşdur. Rahatlıq və şəffaflıq meyarları üzrə nəticələrin səviyyəsi orta kimi qiymətləndirilmişdir. Vətəndaş məmnuniyyəti meyarı ilə bağlı nəticələr aşağı olmuşdur. Buradan belə nəticə çıxarmaq mümkündür ki, xidmət mərkəzləri şəffaflığı və rahatlığı təmin edən mexanizmləri təmin etməli və ən əsası vətəndaş məmnuniyyətini öyrənən mexanizmlər tətbiq etməlidirlər. Daha sonra məruzəçi iştirakçıların suallarına cavab vermişdir.

Daha sonra Platforma üzvü olan “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli iştirakçıları “AHT Platformasının 2017 – 2020 illər üçün Strateji Fəaliyyət Planı”nın layihəsi ilə tanış etdi və verilən sualları cavablandırdı.

Tədbir, iştirakçıların müzakirələri və Əliməmməd Nuriyevin yekun sözü ilə tamamlandı.

Pres - reliz
Gündəlik
İştirakçılar
Təqdimat: "AHT Platforması fəaliyyətdə" layihəsi, Sabit Bağırov
Təqdimat: "Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platforması" Strateji Planı , Zaur İbrahimli
Təqdimat: "Xidmət mərkəzləri nə qədər “ASAN”laşıb?", Rəna Səfərəliyeva