SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Oktyabr 2018, Çərşənbə
Azərbaycan məhsulları Qətərdə sərgilənir (FOTO)

Bakı. Trend

09.10.2018.Qətərin Doha şəhərində “Birinci Beynəlxalq məhsullar” sərgisinin açılışı olub.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Qətərdəki səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsulları “Birinci Beynəlxalq məhsullar” sərgisində təqdim olunur.

10 ölkənin şırkətlərinin iştirak etdiyi sərgidə qida, tekstil, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən 18 Azərbaycan şirkəti fərdi qaydada iştirak edir.

Digər sərgilərdə olduğu kimi “Birinci Beynəlxalq məhsullar” sərgisində də Azərbaycan məhsulları xarici şirkətlər və sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır və məhsullarımızın ixracına dair ilkin danışıqlar aparılır.

Qeyd edək ki, Qətər “Birinci Beynəlxalq məhsullar” sərgisi oktyabrın 10-da başa çatır.