SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Mərkəzi Bank uçot dərəcəsini 9,75 faizə endirdi (YENİLƏNİB)

Bakı. Taleh Mursaqulov, İlhamə İsabalayeva - Trend

30.10.2018.Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti oktyabrın 30-da uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi haqqında qərar qəbul edib.

İdarə Heyətinin son toplantısından keçən dövr ərzində inflyasiya azalmaqda davam edib və 9 aylıq orta illik inflyasiya (2.6 faiz) Mərkəzi Bankın cari ilə hədəf dəhlizindən (6-8 faiz) aşağıda formalaşıb.

Uçot dərəcəsinin gələcəkdə dəyişdirilməsi proqnozlaşdırılan inflyasiyanın elan olunan hədəf intervalına uyğunluğundan asılı olacaq.