SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 22 Mart 2019, Cümə
Azərbaycanda kənd təsərrüfatı texnikasının satın alınması prosesi sadələşdirilib

Bakı. Taleh Mursaqulov - Trend

20.12.2018.Bundan sonra kənd təsərrüfatı texnikasının güzəştli satışı təkcə “Aqrolizinq” MMC tərəfindən həyata keçirilməyəcək.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Nazir müavininin sözlərinə görə bu, fermerlər tərəfindən kənd təsərrüfatı texnikasının satın alınması mexanizmini sadələşdirəcək və bundan sonra müqavilələr “Aqrolizinq”də yox, səlahiyyətli banklarda birbaşa tədarükçülərlə qeydiyyata alınacaq.

İ.Qədimova həmçinin qeyd edib ki, kənd təsərrüfatı texnikası və cins mal-qaranın alınmasına güzəştlər saxlanacaq:

“Cins heyvanların alınmasına güzəştlər 50 faizdən 60 faizədək artırılıb”.