SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 20 İyun 2019, Cümə axşamı
Rusiyalı ekspert Azərbaycan-Səudiyyə Ərəbistanı birgə layihələrinin reallaşdırılmasını proqnozlaşdırır

Bakı. Mətanət Nəsibova - Trend

18.03.2019.Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasının keçirilməsi mühüm hadisədir və bu təşəbbüs, ilk növbədə Azərbaycan üçün yaxşıdır.

Bunu Trend-ə rusiyalı ekspert Mixail Çernov deyib.

Onun sözlərinə görə, Azərbaycan öz ərazisində OPEC ölkələri və bu quruma daxil olmayan neft hasilatçıları tərəfindən gündəmdə olan məsələlərin müzakirəsini təşkil edə bilib:

“Bazardakı sabitlikdə bütün OPEC+ dövlətləri maraqlıdır və onlar stabil qiymətlərin dəstəklənməsi üçün öz üzərinə hasilatın azaldılması ilə bağlı öhdəlik götürməyə hazırdır. Bu məsələdə ən maraqlı tərəf Səudiyyə Ərəbistanıdır. Bu ölkəyə Azərbaycan tərəfindən göstəriləcək hər hansı bir kömək Azərbaycan-Səudiyyə Ərəbistanı birgə layihələri qismində meydana çıxa bilər”.

Ekspert əlavə edib ki, hazırkı şərtlərdə OPEC+ neft qiymətlərinə təsir etmək üçün tam gücə malik deyil:

“ABŞ bu istiqamətdə imkanlarını gücləndirib və indi məhz onlar söz sahibi olacaq”.

Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilir.

Trend-in məlumatına görə, toplantıda 14 neft istehsalçısı olan ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.

İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir, həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçirilir.