SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 24 İyun 2019, Bazar ertəsi
Rusiya səfiri: Azərbaycanla ticarət dövriyyəmiz yarım milyard dolları ötüb

Bakı. Mətanət Nəsibova - Trend

10.06.2019.Rusiya və Azərbaycan arasında ikitərəfli ticarət qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərindən biridir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, 2019-cu ilin birinci rübündə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 13,08 faiz artaraq 500 milyon dollar səviyyəsini ötüb:

“Ötən il ölkələrimiz arasında 2,4 milyard dollara bərabər idi. Bu, kifayət qədər müsbət amildir”.

Səfir əlavə edib ki, ikitərəfli ticarət təkcə xammal sektorunda deyil, həm də kənd təsərrüfatı, maşınqayırma, sənaye istehsalı kimi sahələrdə də inkişaf edir.