SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 15 Noyabr 2019, Cümə
Nazir: Azərbaycanda vergi islahatları müsbət nəticə verir

Bakı. Sara İsrafilbəyova - Trend

13.06.2019.Azərbaycanda vergi sahəsində keçirilən islahatlar səmərəlidir.

Trend-in məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov Bakıda 5-ci Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.

Nazir qeyd edib ki, vergi öhdəliklərinin könüllü icra olunması artıb.

Onun sözlərinə görə, 2020-ci ilədək vergi qanunvericiliyinə mühüm dəyişikliklərin edilməsi planlaşdırılmır, amma bəzi texniki dəyişikliklər gözlənilir:

“Qeyri-rəsmi fəaliyyət, qeyri-leqal sahibkarlıq, kölgə iqtisadiyyatı bizim üzləşdiyimiz əsas problemlərdir və biz onların aradan qaldırılması üçün tədbirləri davam etdirəcəyik”.

M.Cabbarov əlavə edib ki, bu ilin əvvəlindən qeyri-neft sektorunda imzalanmış əmək müqavilələrinin sayı 66 minə çatıb.