SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 15 Noyabr 2019, Cümə
2020-ci ildən Xəzəryanı ölkələr arasında dəniz kruizləri təşkil oluna bilər

Bakı. İlhamə İsabalayeva - Trend

13.06.2019.Xəzər dənizində kruizlərin təşkilinə 2020-ci ildə başlanacağı gözlənilir. Bu, Xəzəryanı 5 dövləti əhatə edəcək.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Xəzər dənizində kruizlərin təşkili layihəsi tam olaraq Rusiyanın təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan və digər Xəzəryanı dövlətlər bu layihəyə dəstək olurlar.