SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 7 Dekabr 2019, Şənbə
Maneələr reyestri

İstixana təsərrüfatlarının üzləşdikləri inzibati maneələr

 
  1. Əksər təsərrüfatlar qazla təchiz olunmayıb.

Qaz təchizatı müəssisələrindən texniki şərtin alınması uzun və çox maliyyə tələb edən proses olduğundan istixanalar istilik enerjisi almaq üçün alternativ yollardan istifadə edirlər. Ən genuş yayılmış vasitə odun və mazutdan istifadədir. Qazın olmadığı təsərrüfatlarda əkin işlərinə yanvarda yox, fevralın 20-dən sonra başlanılır. Səbəb digər vasitələrlə qızdırılmanın yetərsiz olması, bu zaman məhsulları  şaxta vurması ehtimalının yüksək olmasıdır.  Odunla qızdırma

  1. Kreditə çıxışla bağlı əksər təsərrüfatların problemləri var.

Sahibkarlarla keçirilmiş gokus-qrup müzakirələri və dərinləşdirilmiş müsahibələr göstərdi ki, onların çoxunun Sahibkarlığa Kömək Milli Fonduna kreditlə bağlı necə müraciət etmələri ilə bağlı məlumatları ya yoxdur, ya da çox aşağı səviyyədədir. Qeydiyyatla bağlı problemləri olduğundan sahibkarlar krediti təsəsrrüfatının adına götürə bilmir, çıxış yolunu öz adlarına aşağı məbləğli istehlak kreditləri götürməkdə görürlər. Bu halda da kreditin məbləği az, faizi isə yüksək olduğundan təsərrüfatın tələbatını tam ödəyə bilmir. Böyük məbləğli kredit götürməyə mane olan digər səbəb istixana təsərrüfatlarının qeydiyyatsız olması səbəbindən onların girov kimi qoyula bilməməsidir.

  1. İstixana təsərrüfatları sığorta olunmayıb.

Sığorta Azərbaycanda  ümumilikdə bütün kənd təsərrüfatıının problemidir. Tədqiqat çərçivəsində baş çəkilən kiçik əsərrüfatların heç biri sığorta olunmayıb.

  1. Yerli bazarlara təchizatla bağlı problem yaşanmasa da, ixracla bağlı çətinliklər mövcuddur.

Əksər istixana təsərrüfatları sərhəd-gömrük problemi ilə üzləşdiklərindən ixracla özləri məşğul olmurlar. Onlar məhsulu elə təsətrrüfatdaca ixracla məşğul olan vasitəçilərə və yerli təchizatçılara təhvil verirlər.

  1. Elektrik təchizatı ilə bağlı texniki şərtin alınması üçün tələb olunan vəsaitin yüksək olması kiçik təsərrüfatların imkanları xaricindədir.

Belə təsərrüfatlar çıxış yolunu texniki şərt almış böyük qonşu təsərrüfatlardan razılaşma yolu ilə elektrik enerjisi götürməkdə görürlər.

  1. Kiçik istixana sahibləri aldıqları suya, qaza və elektrikə görə müvafiq birlik və paylayıcı şəbəkələrlə ya müqavilə bağlamırlar, ya bağlanan müqavilələr standart olduğundan belə sənədlərdə sahibkarların mənafeləri nəzərə alınmır, onlara təchizatçıların  günahı ucbatından dəyən zərər bütün hallarda ödənilmir.