27 dekabr 2016-cı il. "Gəncə sahibkarları fəaliyyətdə" mövzusunda DƏYİRMİ MASA

Gəncə, 27 dekabr 2016-cı il - Gəncə "Gələcəyə Körpü" gənclər təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində "Gəncə sahibkarları fəaliyyətdə" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Gəncədə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar, universitet müəllimləri, İqtisadiyat Nazirliyinin nümayəndəsi, QHT üzvləri və ekspertlər iştirak edib.

Tədbiri giriş sözü ilə SBİİYF rəhbəri Sabit Bağırov açıb və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov tədbir iştirakçılarını salamlayıb.

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin rəhbəri İlkin Qarayev "Azərbaycanda kiçik sahibkarlığın inkişaf perspektivləri. Strateji Yol Xəritəsi haradan keçir" mövzusunda məruzə edib. Məruzə bitdikdən sonra məruzəçiyə suallar verilib və cavablar alınıb. Mövzu ilə əlaqədar Gəncə sahibkarları nümayəndələri çıxışlar ediblər.

Fasilədən sonra İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul "Dövlət-Biznes dialoqunun əhəmiyyəti və inkişafı yolları" mövzusunda məruzə edib. Məruzədən sonra sual-cavab və müzakirələr keçirilib, Gəncə sahibkarlarının çıxışları dinlənilib.

V. Zeynalov və S. Bağırov tədbirdə yekun çıxışları ediblər.

Konfransın gündəliyi

Təqdimat: İlkin Qarayev: Azərbaycanda kiçik sahibkarlığın inkişaf perspektivləri. Strateji Yol Xəritəsi haradan keçir

Təqdimat: Qalib Toğrul: Dövlət-Biznes dialoqunun əhəmiyyəti və inkişafı yolları

İştirakçılar